Super Liqada çempionluq mübarizəsini davam etdirən "Trabzonspor" növbəti mövsüm üçün heyəti gücləndirmək planlarına start verib. Sport24.az xəbər verir ki, Qaradəniz təmsilçisi Braziliyanın "Palmeyras" klubunun gənc istedadı Rafael Koutinyonu transfer etmək niyyətindədir.
Məşhur insayder Yağız Sabuncuoğlunun yaydığı məlumata görə, "bordo-mavililər" 20 yaşlı yarımmüdafiəçini heyətə qatmaq üçün rəsmi addımlar atmağa hazırlaşır.
Braziliyanın U-20 milli komandasında da forma geyinən Koutinyo meydandakı universal keyfiyyətləri ilə seçilir. O həm mərkəz yarımmüdafiəçisi, həm dayaq yarımmüdafiəçisi, həm də "on nömrə" mövqelərində rahatlıqla çıxış edə bilir.
Gənc futbolçu bu mövsüm "Palmeyras" forması ilə çıxdığı 15 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.