"İnter"in müdafiəçisi Alessandro Bastoni "Barselona"nın marağına baxmayaraq, klubdan ayrılmaq niyyətində deyil. Sport24.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Kataloniya klubunun nümayəndələri oyunçunun çevrəsinə müraciət ediblər, lakin heç bir əsaslı danışıqlar aparılmayıb.
Oyunçu özü isə Milan klubunda oynamağa davam etmək niyyətindədir.
Qeyd edək ki, ötən həftə "İnter"in "Barselona"nın Bastoni üçün ilkin 45 milyon avroluq təklifini rədd etdiyi və müdafiəçi üçün qarşı tərəfdən ən azı 60 milyon avroluq ödəniş tələb etdiyi barədə məlumatlar yayılıb.