Fransa millisinin baş məşqçisi Didye Deşam "Real"ın baş məşqçisi postuna namizədlər arasındadır. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat paylaşıb.
Deşam DÇ-2026-dan sonra Fransa yığmasından ayrılacaq. "Los Blancos"un keçmiş baş məşqçisi Zinəddin Zidan onun yerinə əsas namizəd hesab olunur. Daha əvvəl bildirilirdi ki, Zidanla Fransa Futbol Assosiasiyası arasında artıq şifahi razılıq əldə olunub.
Fransa millisi Didye Deşamın rəhbərliyi altında 2018-ci ildə keçirilən dünya çempionatının qalibi olub. DÇ-2022-də isə "xoruzlar" gümüş medal qazanıblar.
Qeyd edək ki, hazırda "Real" Alvaro Arbeloa rəhbərlik edir. 43 yaşlı mütəxəssis yanvar ayında Xabi Alonsonu əvəz edib.