Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu və köməkçi məşqçisi David Ançelotti "Santos"un hücumçusu Neymarın DÇ-2026-ya yollanmaq şansını dəyərləndirib. Sport24.az xəbər verir ki, o, bununla bağlı "derbyderbyderby.it" portalına açıqlama verib:

 

"Heyətlə bağlı son qərar baş məşqçinin ixtiyarındadır və hələ ki, bunu etmək üçün vaxt var. Oyunçuların son siyahısı mayın 18-də dərc olunacaq. Bütün zamanların ən çox qol vuran oyunçusunun komandada yer almasını gözləmək üçün hər cür səbəbi var. Onun hələ də formasını bərpa etmək və yekun heyətə daxil olmaq imkanı var".

 

Qeyd edək ki, DÇ-2026 bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək.