Misli Premyer Liqasının ikinci oyun gününün ikinci matçı Masazırda baş tutacaq. Sport24.az xəbər verir ki, "Sabah" "doğma divarlar" arasında "Zirə"ni qəbul edir.

 

Turnir cədvəlinin üst pillərində qərarlaşan komandaların dueli maraqla gözlənilir. Meydan sahibləri çempionluq uğrunda mübarizə aparırsa, qonaqlar avrokuboklara vəsiqə qazanmağa can atır. "Bayquşlar" hazırda 65 xalla turnir cədvəlinin zivəsində, "qartallar" isə 43 xalla 4-ci pillədə qərarlaşıb. Ancaq "Zirə" artıq "Neftçi"nin nəfəsini kürəyində hiss edir. Hazırkı mövqeyini əldən verməmək üçün bu görüşdə Rəşad Sadıqovun komandasını ancaq qələbə qane edir.  

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.

 

Misli Premyer Liqası

III dövrə, XXVII tur

18:00. "Sabah" - "Zirə"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
masazır. "Bank Respublika Arena".