Niderland Erediviziyasında 30-cu tur start götürüb. Sport24.az xəbər verir ki, millimizin üzvü Ozancan Kökçünün formasını geyindiyi "Volendam" səfərdə "Tvente"nin qonağı olub.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Kökçü bu oyunda meydana çıxmayıb. Yarımmüdafiəçi görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, hazırda aktivində 28 xal olan "Volendam" 14-cü pillədə qərarlaşıb.