Misli Premyer liqasının 27-ci turunun ikinci oyun gününə "Palms Sports Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divalar" arasında "Araz-Naxçıvan"ı qəbul edir.

 

Hər iki komandanın əsas məqsədi mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaqdır. "Ağ-qaralar" bu oyun ərəfəsində 40 xalla turnir cədvəlinin 5-ci, ondan bir xal geri qalan Naxçıvan təmsilçisi isə 6-cı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "İmişli" və "Turan Tovuz" - Sumqayıt" görüşləri ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXVII tur

20:00. "Neftçi" - "Araz-Naxçıvan"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Bakı. "Palms Sports Arena"