Misli Premyer Liqasının 27-ci turunda bu gün keçiriləcək "Sabah" - "Zirə" oyunu yubileylə əlamətdar olacaq. Sport24.az-ın məlumatına görə, bu matç komandaların çempionatda 30-cu dueli kimi tarixə düşəcək.
Əvvəlki 29 qarşılaşmanın 12-də "Sabah", 8-də "Zirə" meydanı 3 xalla tərk edib. Digər 9 görüşdə qalib müəyyənləşməyib.
"Qartallar" Premyer Liqadakı son beş matçda rəqibinə qalib gələ bilmir.
Rəşad Sadıqovun baş məşqşisi olduğu kollektiv 2024-cü ilin avqustunda iki cavabsız qolla qələbə qazanıb. Ondan sonra ardıcıl üç oyunda 1:1 hesabı qeydə alınıb.
Cari mövsüm "Sabah" 3:1 və 3:0 hesablı qələbələrə sevinib.
Qeyd edək ki, "Sabah" - "Zirə" oyunu saat 18:00-da start götürəcək.