"Nyukasl" baş məşqçi Eddi Houya gələcəyi ilə bağlı zəmanət verib. Sport24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Əvvəllər klubun baş icraçı direktoru Devid Hopkinsonun Hounun komandadakı gələcəyini şübhə altına aldığı və mövsüm bitdikdən sonra bu məsələni onunla müzakirə edəcəyinə söz verdiyi bildirilirdi. Lakin Hopkinson proaktiv olmağa qərar verib və artıq məşqçi ilə dialoq aparıb.
"Nyukasl" rəhbərliyi Houya bildirib ki, onunla yola davam etmək fikrindədirlər.
bununla yanaşı klub rəsmiləri Houya əhəmiyyətli transfer dəstəyi vəd edə bilməyiblər. İngiltərə Premyer Liqasının Maliyyə Ədalətli Oyunu qaydalarına riayət etmək üçün klub ən azı bir və ya hətta iki əsas oyunçusunu satmalı olacaq. Bu, komandanın növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsi halında baş verəcək.
Qeyd edək ki, "sağsağanlar" hazırda Premyer Liqada 12-ci yerdədir.