"Bavariya"nın keçmiş qokiperi və klubun idarə heyətinin keçmiş sədri Oliver Kan qapıçı Manuel Noyerin karyerasını bitirməsi ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, veteran futbolçu bununla bağlı "Sky Sport Germany"-ya açıqlama verib:
"Bavariya" ilə bütün titulları yenidən qazanmaq və yüksək səviyyədə karyeranı bitirmək üçün ən mükəmməl vaxt deyilmi? Havanın temperaturu 40 dərəcədən çox olduğu bir vaxtda ABŞ-da keçiriləcək dünya çempionatında iştirak etməliyəmmi? Buna daha çox dözməliyəmmi?" Təsəvvür edirəm ki, hazırda onun ağlında bu fikirlər dolaşır.
Əgər o, "Bavariya" ilə yenidən Çempionlar Liqasını qazansa, bu, onun üçüncü titulu olacaq. O, artıq dünya çempionudur. O zaman "bu qədər bəsdir" demək, məntiqli olardı. Nə vaxt futboldan gedəcəyini düzgün təyin etmək həm də idmançı üçün bir bacarıqdır".
Qeyd edək ki, "Bavariya" hazırda Bundesliqanın lideridir. Münhen təmsilçisi Çempionlar Liqasında, dörddəbir finalın ilk matçında səfərdə "Real"ı 2:1 hesabı ilə məğlub edib.