Bakıda keçiriləcək cüdo üzrə "Böyük dəbilqə"nin püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.

 

Qeyd edək ki, yığmamızın 33 cüdoçu ilə qatıldığı yarış fevralın 16-da start götürəcək və 3 gün davam edəcək. "Böyük dəbilqə" Milli Gimnastika Arenasında təşkil olunacaq.

 

Kişilər

60 kq
Əhməd Yusifov – Miçel Auqusto (Braziliya)
Turan Bayramov – Muhammed Falatah (Səudiyyə Ərəbistanı)
Nazir Talıbov – Ramazan Abdullayev (AİN)
Balabəy Ağayev – ilk görüşdən azaddır

66 kq
Yaşar Nəcəfov - ilk görüşdən azaddır
İslam Rəhimov – Vilyar Lipard (Estoniya)
Rəşad Yelkiyev – Yanislav Qerçev (Bolqarıstan)
Kamran Süleymanov – Strahinya Bunçiç (Serbiya)

73 kq
Hidayət Heydərov – Karim Adarver (Argentina)
Rəşid Məmmədəliyev – Tohar Butbul (İsrail)
Nurlan Osmanov – Xorxe Kano Qarsiya (İspaniya)
İbrahim Əliyev – Süleyman Hamad (Səudiyyə Ərəbistanı)

81 kq
Ömər Rəcəbli - Mohammed Alharbi (Səudiyyə Ərəbistanı)
Səid Mollayi – Mustafa Habib (Bosniya və Herseqovina)
Zelim Tskayev – Abdullelah Albali (Səudiyyə Ərəbistanı)

90 kq
Elcan Hacıyev – Bakar Eraşvili (Gürcüstan)
Vüqar Talıbov – Yahor Varapayev (AİN)
Murad Fətiyev – Sami Çouçi (Belçika)

100 kq
Əgdər Bağırov - ilk görüşdən azaddır
Zelim Kotsoyev – Daniel Mukete (AİN)

+100 kq
Kənan Nəsibov – Vooh Yeok Sonq (Cənubi Koreya)
Camal Qamzatxanov – Şakarmamad Mirmamadov (Tacikistan)

Qadınlar
48 kq

Könül Əliyeva – Marina Vorobyeva (AİN)
Ramilə Əliyeva – Lois Petit (Belçika)
Leyla Əliyeva - ilk görüşdən azaddır

52 kq
Aydan Vəliyeva – Naomi van Krevel (Niderland)
Gültac Məmmədəliyeva - ilk görüşdən azaddır
Xədicə Qadaşova – Sofiya Asvesta (Kipr)

57 kq
Fidan Əlizadə - Jayon Equisoain (İspaniya)
Açelya Toprak – Fazilat Qulboyeva (Tacikistan)

63 kq
Aytac Qardaşxanlı – Zulxumar Daşkinova (Türkmənistan)

70 kq
Günel Həsənli – Aleksandra Samarciç (Bosniya və Herseqovina)

+ 78 kq
Nigar Süleymanova – İdalis Ortis (Kuba)