"Neftçi" daha bir futbolçusu ilə yollarını ayıra bilər. Sport24.az-a bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Söhbət Elvin Camalovdan gedir.
Yarımmüdafiəçi meydanda daha çox vaxt keçirmək üçün "ağ-qaralar"dan ayrılmaq istəyir.
Yarımmüdafiəçi paytaxt təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsinə və azad agent statusu ilə başqa kluba keçməyi düşünür.
Qeyd edək ki, Camalov 2025-ci ilin yanvarında "Sabah"dan "Neftçi"yə keçib.