Dortmund "Borussiya"sı keçmiş futbolçusu Ceydon Sançonu yenidən heyətinə qatmaq niyyətində deyil. Sport24.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Hazırda azad agent statusunda olan 26 yaşlı futbolçunun Dortmund klubuna qayıtmaq ehtimalı müzakirə edilirdi. Lakin komandanın baş məşqçisi Niko Kovaç bu variantı istisna edib.

Mütəxəssis "Paderborn"la oyundan əvvəl Sançonun mümkün transferi ilə bağlı suala belə cavab verib:

"Düşünürəm ki, yaxşı transfer dönəmi keçirdik. Heyətimiz çox genişdir və 26 futbolçumuz var. Buna görə də bununla bağlı narahat olmağa ehtiyacımız yoxdur".

Qeyd edək ki, Dortmund son anda hücum xəttini gücləndirmək üçün "Arsenal"dan İtan Nvanerini icarəyə götürüb. Bu transferdən sonra Sançonun Almaniya klubuna qayıtmaq şansı daha da azalıb.