Gecə klublarının birində silah çıxartdığına görə “Memfis Qrizzlis” rəhbərliyi tərəfindən 6 oyunluq heyətdən kənarlaşdırılan MBA ulduzu Ca Morant növbəti cəzaya məruz qalıb. Sport24.az xəbər verir ki, liqa rəhbərliyi onun haqda ölçü götürüb.

Belə ki, MBA Morantı 8 oyunluq diskvalifikasiya olunması ilə bağlı qərar qəbul edib. Ancaq Ca 3 oyundan sonra meydana qayıda bilər. Məsələ ondadır ki, o, son 5 görüşdə də parketə ayaq basmamışdı.

Ulduz basketbolçu isə bir neçə gün əvvəl “Memfis”in düşərgəsini tərk edərək psixoloq məsləhəti qəbul etmək üçün Floridaya yollandığını açıqlamışdı.