MBA-nın aparıcı klublarından olan “Los Anceles Klippers”in baş meneceri Maykl Uinqer postunu tərk edib. Sport24.az xəbər verir ki, o, “Vaşinqton Uizards” klubunun sahibi olan “Mounumental Basketball” şirkətinin prezidenti vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Uinqer 2017-ci ildən Kaliforniya klubunda əsas söz sahiblərindən biri idi. Məhz onun dövründə Los Anceles klubuna Kavay Leonard və Pol Corc kimi basketbolçular cəlb olundu. 2020/21 mövsümündə Uinqerin rəhbərlik etdiyi “Klippers” tarixində ilk dəfə konfrans finalında oynamaq imkanı qazanıb.