Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi açıqlanıb. Sport24.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası Tahir Baxşıyevib bu posta təyin olunması haqda rəsmi məlumat yayıb.

 

Hazırda "NTD-İndiqo" klubunu çalışdıran mütəxəssis eyni anda yığmaya da rəhbərlik edəcək. "Neftçi"nin baş məşqçisi Anar Sarıyev isə yığmada birinci köməkçi məşqçi funksiyasını yerinə yetirəcək.

Bundan başqa, millinin məşqçilər korpusunda ispaniyalı Alberto Blanko da yer alacaq. Sonuncu dəfə öz ölkəsində II liqa klubu "Kaseres"də əsas menecer və idman direktoru postunda çalışan Blanko millimizdə 2-ci köməkçi məşqçi olacaq. 53 yaşlı mütəxəssisi sas vəzifələrindən biri rəqib komandaların oyunçularını dərindən təhlil etmək və yerli məşqçilərlə birlikdə onlara qarşı əks-həmlələr hazırlamaq olacaq.

 

Qeyd edək ki, yeni məşqçilər korpusunun ilk sınağı 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsinə təsadüf edəcək. Komandamız 2024-cü il fevralın 22-də İsveçrə ilə qarşılaşacaq.