Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunda millimizin sonuncu qrup oyunu baş tutub. Sport24.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub.

 

Qızlarımız  Ermənistanı 68-42 hesabı ilə məğlub edib. 

 

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Deniz Gökçöl (21 xal, 7 ribaund) seçilib.