Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək. Sport24.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv V turda səfərdə Lüksemburqla üz-üzə gələcək.
Matça saat 21:00-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan millisi iyulun 5-də Bakıda İrlandiya ilə qarşılaşacaq. Milli hazırda 5 xalla dördüncü pillədə qərarlaşıb. Şimali Makedoniya 8 xalla liderdir, ikinci sıradakı Lüksemburqun 6, üçüncü pillədəki İrlandiyanın isə 5 xalı var.