Azərbaycanın qadın basketbolçulardan ibarət U-20 millisi tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək. Sport24.az xəbər verir ki, komanda B divizionunun A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, turnir iyulun 4-12-də Bolqarıstanın Samokov şəhərində təşkil olunacaq.