Azərbaycan basketbolu növbəti mövsümdə FIBA Basketbol Çempionlar Liqası turnirində iki klubla təmsil olunacaq. Sport24.az xəbər verir ki, ölkə çempionu "Sabah" BK ardıcıl ikinci mövsüm qitənin nüfuzlu klub turnirinin müntəzəm mövsümündə mübarizə aparacaq.

 

"Bayquşlar"la yanaşı,"Landau Lions" da yeni adla (əvvəlki adı "Absheron Lions") ilk dəfə qitəmiqyaslı turnirdə çıxış edəcək. Komanda FIBA Basketbol Çempionlar Liqası yarışına təsnifat mərhələsindən start verəcək.