"ABŞ üçün bu oyun elə də vacib deyildi. Meydan sahibləri artıq qrupdan çıxmağı təmin etmişdilər". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis DÇ-2026-nın D qrupunun III turunun matçında Türkiyə millisinin ABŞ yığması üzərindəki qələbəsini (2:3) şərh edib:
"Buna görə də bütün güclərini ortaya qoymadılar, heyətdə rotasiyalar etdilər və əsas diqqəti növbəti mərhələyə yönəltdilər. Türkiyənin isə turnirdə irəliləmək şansı qalmamışdı. Belə vəziyyətlərdə futbolçuların üzərindəki psixoloji təzyiq azalır və onlar daha rahat çıxış edirlər. Qardaş ölkə də turnirlə layiqli şəkildə vidalaşmaq istəyirdi və bunu qələbə qazanmaqla bacardı. Türkiyə dünya çempionatı ərzində ümumilikdə zəif təsir bağışladı. Amma bu, o demək deyil ki, əvvəlki oyunlarda da bu cür çıxış edə bilərdilər. Sadaladığım amillər ABŞ üzərindəki qələbədə əsas rol oynadı. Bu nəticə turnirdə irəliləmək baxımından heç nəyi dəyişməsə də, komandanın gələcəyə daha inamla baxması üçün çox vacib qələbə oldu."
Qeyd edək ki, ABŞ 6 xalla qrupu birinci yerdə başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq. Türkiyə isə ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.