Şotlandiyanın "Seltik" klubu "Qarabağ"ın futbolçusu Kamilo Durana marağını artırır. Sport24.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, Şotlandiya çempionu 24 yaşlı vinger üçün yaxın vaxtlarda "Qarabağ"a rəsmi təklif göndərməyə hazırlaşır. Lakin klub əvvəlcə futbolçunun nümayəndələri ilə şəxsi müqavilənin şərtləri üzrə razılıq əldə etməyə çalışacaq.
Bildirilir ki, kolumbiyalı futbolçunun UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı "Seltik"in diqqətini xüsusi cəlb edib.
Kamilo Duran ötən mövsüm bütün turnirlərdə 15 qol vurub, 10 məhsuldar ötürmə verərək komandasının əsas simalarından birinə çevrilib.
Qeyd edək ki, o, 2025-ci ildən "Qarabağ"ın formasını geyinir və klubla 2028-ci ilin yayınadək müqaviləsi var.