"Atalanta"nın futbolçusu Marko Palestra karyerasını "Çelsi"də davam etdirəcək. Sport24.az xəbər verir ki, müdaifəçi bu gün London klubu üçün tibbi müayinədən keçəcək.
Palestra insayder Fabrizio Romanoya açıqlamasında transferini təsdiqləyib:
"Çelsi"yə qoşulacağam. Karyeramda yeni səhifə açıram, çox xoşbəxtəm".
"Çelsi" Palestranı 55 milyon avro qarşılığında transfer edib.
İtaliyalı müdafiəçi ötən mövsümü icarə əsasında "Kalyari"də keçirib və A Seriyasında ilin ən yaxşı arxa xətt oyunçusu seçilib.