Son olaraq AFFA-nın texniki direktoru vəzifəsində çalışmış Cahangir Həsənzadə hələ də işsizdir. Bu barədə Sport24.az-a veteran qapıçı özü məlumat verib.
Həsənzadə hazırda heç bir təklifin olmadığını bildirib: "Sözsüz ki, gələcək planlarım da futbol sahəsinə yönəlib".
Mütəxəssis yerli və xarici klublarda işləməyin onun üçün əsas prioritet olmadığını söyləyib:
"Hər şey təklif olunan işin şərtləri və xüsusiyyətlərindən asılıdır. Bu sahədə kifayət qədər təcrübəm və kvalifikasiyam var".
Qeyd edək ki, Cahangir Həsənzadə bu ilin aprel ayında AFFA-dakı vəzifəsindən ayrılıb.