Yeni mövsümə hazırlaşn "Səbail" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Paytaxt təmsilçisi ötən mövsüm "Baku Sportinq"in formasını geyinmiş Rubin Seyidovla anlaşıb.

 

28 yaşlı müdafiəçi ilə 1+1 şərti ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki, Seyidov daha əvvəl də "Səbail"in şərəfini qoruyub.