"Xankəndi" klubunda yaxın günlərdə rəhbərliyin və məşqçilər korpusunun iştirakı ilə iclas keçiriləcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, toplantıda komandanın 2026/2027 mövsümü üçün əsas hədəfləri müəyyənləşdiriləcək.
Bununla yanaşı, heyətlə bağlı da mühüm qərarlar veriləcək. Hansı futbolçularla yolların ayrılacağı, kimlərlə müqavilənin uzadılacağı və yeni transfer planları müzakirə olunacaq.
Qeyd edək ki, "Xankəndi" ötən mövsüm İkinci Liqada çempion olaraq, Birinci Liqaya vəsiqə qazanıb.