Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-da ABŞ-yə qalib gəldikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"Son dəqiqədə vurduğumuz qələbə qolu zamanı futbolçuların sevinci günlərdir nə qədər kədər yaşadığımızı göstərirdi. Milli komanda bu uğursuzluğa layiq deyildi. Hamı yekun matçda şərəfiylə vida etməyi düşünürdü. Mundialı belə erkən tərk etməməliydik".

 

Türkiyə yığması qrupu 3 xalla sonuncu sırada bitirib və dünya çempionatını tərk edib.