"Trabzonspor" ötən mövsüm icarə əsasında komandada çıxış edən Andre Onananı yenidən heyətinə qatmağa yaxındır. Sport24.az xəbər verir ki, tərəflər arasında futbolçunun 2027-ci ilin iyununa qədər icarəyə götürülməsi ilə bağlı razılıq əldə olunub.

Bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

Məlumata görə, Kamerun millisinin qapıçısı Türkiyə Super Liqasında daha bir mövsüm keçirməyə razılıq verib. "Trabzonspor" artıq transferin rəsmiləşdirilməsi istiqamətində son prosedurları həyata keçirir.

Mançester rəhbərliyi Onananı yeni mövsümün planlarına daxil etmədiyindən onun ayrılığına mane olmayacaq.

Qeyd edək ki, Andre Onana ötən mövsümü də icarə əsasında "Trabzonspor"da keçirib. İndi isə təcrübəli qolkiperin yenidən Qara dəniz təmsilçisinin formasını geyinəcəyi gözlənilir.