"Arsenal" "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayeşlə maraqlanır. Sport24.az "Mail"ə istinadən xəbər verir ki, London klubu braziliyalı futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb.

Məlumata görə, baş məşqçi Mikel Arteta Premyer Liqa çempionluğunu qorumaq üçün yay "transfer pəncərəsi"ndə yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. Bu səbəbdən 28 yaşlı futbolçu əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.

Qeyd edək ki, Bruno Gimarayeşin "Nyukasl"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.