Niderlandlı futbolçu Mats Qrootenberq 28 yaşında qayıq qəzasında dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə ESPN-in məlumat yayıb.
Mənbənin sözlərinə görə, Qrootenberq Limburq əyalətindəki Moekerplas istirahət zonasında üzərkən qayıqla toqquşduqdan sonra ölüb.
Futbolçu 2023-cü ildə həvəskar "Herkules"in formasını geyinərkən Niderland Kubokunda "Ayaks"la matçın əlavə vaxtında vurduğu qolla şöhrət qazanmışdı. Həmin görüş "Herkules"in 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, Qrootenberq karyerası ərzində həmçinin PSV və "Vitess"in gənclər akademiyalarında, peşəkar futbolçu kimi isə TOP Oss-da oynayıb.