Almaniya millisinin və "Real"ın müdafiəçisi Antonio Rüdiger klubun yeni baş məşqçisi Joze Mourinyo barədə danışıb. Sport24.az xəbər verir ki, təcrübəli futbolçu bu barədə DÇ-2026-nın qrup mərhələsinin son turunda Ekvadora 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
Jurnalistlərin Mourinyonun Madrid klubuna gəlişinin onu həyəcanlandırıb-həyəcanlandırmadığı ilə bağlı sualına Rüdiger zarafatla cavab verib:
"İndi yalnız dünya çempionatını düşünürük. Ondan sonra isə atamı düşünəcəyəm".
Rüdiger daha sonra portuqaliyalı mütəxəssislə işləmək arzusunda olduğunu vurğulayıb:
"Keçmişdə onunla işləmək imkanım bir neçə dəfə yaranmışdı, lakin müxtəlif səbəblərdən bu baş tutmamışdı. İndi isə onun rəhbərliyi altında oynayacağım üçün çox xoşbəxtəm".
33 yaşlı futbolçu geridə qalan mövsümün zədələr ucbatından fiziki baxımdan ağır keçdiyini və Madriddə özünü evindəki kimi hiss etdiyini bildirib.
Qeyd edək ki, Rüdiger qısa müddət əvvəl "Real" la müqaviləsinin müddətini 2027-ci ilin yayına qədər uzadıb.