"Birinci Liqada çıxış edəcək komandaların heyəti hələ tam müəyyənləşməyib". Bu sözləri Sport24.az-a açıqlamasında "Quba" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.
Mütəxəssis bildirib ki, hazırda çempionatın formatı və iştirakçıları ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır:
"Gələn ay vəziyyətin necə olacağını dəqiq deyə bilmərəm. Çünki Birinci Liqada iştirak edəcək komandaların tərkibi hələ müəyyənləşməyib. Bununla bağlı daha aydın məlumatı yəqin ki, gələn ay əldə edəcəyik. ABL ilə bağlı müəyyən konturlar artıq bəllidir və səkkiz komandanın iştirak edəcəyi gözlənilir. Lakin Birinci Liqa üçün bunu demək mümkün deyil. Ola bilsin ki, qruplar formalaşdırılsın və ya hansısa klub başqa komanda ilə əvəzlənsin. Bu suallara yaxın vaxtlarda aydınlıq gələcək. Hazırda Birinci Liqanın iştirakçıları tam müəyyənləşmədiyindən müəyyən qeyri-müəyyənlik qalmaqdadır".