"Araz-Naxçıvan" son iki mövsümdə komandanın heyətində çıxış edən İssouf Paro ilə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, mərkəz müdafiəçisi 2026-2027-ci illər mövsümündə də "qırmızı-ağların"ın formasını geyinəcək.

 

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.