Dünya çempionatında pley-off mərhələsinin oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün raundun növbəti matçları baş tutacaq.

 

Günün birinci dueli Braziliya ilə Yaponiya arasında olacaq. Oyuna saat 21:00-da start veriləcək.

 

Almaniya yığması 1/8 finala vəsiqə uğrunda Paraqvayla üz-üzə gələcək. Görüş sabah saat 00:30-da başlayacaq.

 

Niderland milli komandası isə Mərakeşlə münasibətlərinə aydınlıq gətirəcək. Matç sabah saat 05:00-da start götürəcək.

 

DÇ-2026
Pley-off mərhələsi

 

29 iyun

21:00 Braziliya – Yaponiya