2025/2026 mövsümünün sonunda "Qarabağ"dan ayrılan qanalı futbolçu Emmanuel Addaiyə maraq artmaqda davam edir. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi "Leççe" də 24 yaşlı hücumçunun transferi uğrunda mübarizəyə qoşulub.
Məlumata görə, hazırda klubla futbolçu arasında danışıqlar davam edir. Addaiyə başqa ölkələrdən də təkliflər olduğu üçün o, yekun qərarını verməyə tələsmir və bütün variantları dəyərləndirir.
Daha əvvəl İtaliyanın digər A Seriyası klubu "Bolonya"nın da Emmanuel Addainin xidmətində maraqlı olduğu bildirilmişdi.
Qeyd edək ki, qanalı futbolçu 2024-cü ildən 2025/2026 mövsümünün sonunadək "Qarabağ"ın formasını geyinib.