PSJ-nin və Fransa millisinin futbolçusu Bredli Barkola karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Liverpul" vingerin xidmətində maraqlıdır.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Barkola PSJ-də əsas heyətdə yerini itirib və bu səbəbdən klubunu dəyişməyə, "Liverpul"a keçməyə müsbət yanaşır.
Klublar arasında danışıqlar bir müddətdir, davam edir.
Barkola ötən mövsüm 49 oyunda 13 qol vurub.