"Yuventus" "Katansaro"nun yarımmüdafiəçisi Mattia Liberalinin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Yuventus"un baş direktoru Covanni Karnevali 19 yaşlı futbolçunun çıxışını uzun müddətdir izləyir. O, daha əvvəl Liberalini "Sassuolo"ya transfer etmək istəsə də, indi bu keçidi "Yuventus"da reallaşdırmağa çalışır.

Bildirilir ki, futbolçunun müqaviləsində 6 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Bu məbləğin 3 milyon avrosu "Katansaro"ya, qalan 3 milyon avrosu isə Liberalinin yetirməsi olduğu "Milan"a çatacaq.

Qeyd edək ki, "Milan" akademiyasının yetirməsi olan Mattia Liberali ötən mövsüm "Katansaro"nun heyətində 25 rəsmi matçda 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.