"Benfika" Atletiko"nun futbolçusu Kleman Lenqlenin transferi ilə bağlı razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
Məlumata görə, 31 yaşlı futbolçu "Benfika" ilə 3 illik müqavilə imzalamağa razılıq verib. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Bildirilib ki, Lissabon klubunun idman direktoru Mario Branko danışıqları uğurla başa çatdırıb və tərəflər arasında bütün detallar razılaşdırılıb.
Qeyd edək ki, Kleman Lenqlenin "Benfika"da baş məşqçi Marko Silvanın sərəncamında çıxış edəcəyi gözlənilir.