Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında komanda sayı artırıla bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Voleybol Federasiyası bununla bağlı işlər aparır.

Əsas məqsəd bölgələrdə yeni klublar yaratmaqdır.

Qeyd edək ki, son mövsümdə kişilərdə "Xilasedici", qadınlarda isə "Turan" (Tovuz) ölkə çempionu olub.