Fransanın Puatye şəhərində keçirilən 3x3 basketbol üzrə Qadınlar Seriyasına Azərbaycan millisi məğlubiyyətlə başlayıb. Sport24.az xəbər verir ki, millimiz ilk görüşdə Misir seçməsinə 10:21 hesabı ilə uduzub.
Günün ikinci matçında isə yığmamız Beninə 9:15 hesabı ilə məğlub olub.
Azərbaycanı turnirdə təmsil edən "Neftçi SOCAR" komandası bu gün növbəti oyununu Kanadanın Ottava şəhərini təmsil edən Ottawa, Ontario kollektivinə qarşı keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.