"Brayton" "Tottenhem"in müdafiəçisi Luka Vuşkoviçi "rənglərinə bağlayıb". Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano "X" sosial medai hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "qağayılar" qarşı tərəfə 42 milyon funt sterlinq və əlavə 4 milyon funt bonus ödəyəcək.
Qeyd edək ki, Luka Vuşkoviç son mövsümü icarə əsasında "Hamburq"da keçirib. O, Almaniya klubunun heyətində bütün turnirlər daxil olmaqla 30 oyunda meydana çıxıb və 6 qola imza atıb.