İkinci Liqanın son çempionu "Xankəndi"də maliyyə problemləri davam edir. Sport24.az-ın əldə etdiyi məlumata görə, klubun futbolçuları və məşqçilər heyəti ötən mövsüm qazanılan çempionluğa görə nəzərdə tutulan bonusları hələ də almayıb.

 

Bununla yanaşı, kollektivin əməkhaqlarının da tam şəkildə ödənilmədiyi bildirilir.

 

Qeyd edək ki, "Xankəndi" ötən mövsüm II Liqada çempion olaraq I Liqaya vəsiqə qazanıb.