"Sportinq"in yarımmüdafiəçisi Morten Yulmann Madrid "Atletiko"suna keçməyə yaxındır. Sport24.az AS nəşrinə istinadən xəbər verir ki, İspaniya klubu artıq danimarkalı ilə şəxsi müqavilənin detallarını razılaşdırıb.

 

Mənbənin sözlərinə görə, ispanlar hələ ki, transfer haqqı ilə bağlı Lissabon klubu ilə ortaq məxrəcə gələ bilməyib.

 

"Sportinq" 27 yaşlı yarımmüdafiəçi üçün təxminən 60 milyon avro istəyir, lakin "Atletiko"nun idman direktoru Mateu Alemani qiyməti aşağı salmağa çalışır. Mənbənin sözlərinə görə, son transfer haqqı bonuslar da daxil olmaqla təxminən 45 milyon avro ola bilər. Danışıqlar davam edir və klublar kompromis tapacaqlarına ümid edirlər.

 

Qeyd edək ki, Yulmann ötən mövsüm Portuqaliya liqasında 27 oyun keçirib, üç qol vurub və dörd məhsuldar ötürmə edib.