"Kəpəz"də ayrılıq gerçəkləşib. Sport24.az xəbər verir ki, klubla müqaviləsi başa çatan Fərid Nəbiyev "sarı-göylər"i tərk edib.
26 yaşlı yarımmüdafiəçi ötən mövsüm Ölkə çempionatı və kubokunda ümumilikdə 34 matçda meydana çıxıb və 4 qolla yadda qalıb.