İspaniya millisinin və "Barselona"nın futbolçusu Lamin Yamal maraqlı açıqlama ilə gündəmə gəlib. Sport24.az xəbər verir ki, vinger üzərindəki təzyiqdən danışıb:

 

"Hər kəsin fərqli həyat hekayəsi var. Hazırda üzərimdə təzyiq hiss etdiyimi deyə bilmərəm. Mən doğulanda anamın cəmi 16 yaşı var idi. Əsl təzyiq məhz budur. Atam həmin vaxt işsiz idi, küçələrdə yemək axtarırdı. Valideynlərim məni çətinliklə böyüdüblər və ona görə də bu gün təzyiq altında olduğumu deməyə haqqım yoxdur. Mənim işim sadəcə futbol oynamaqdır".