Azərbaycanın iki voleybol komandası - "Xilasedici" və "Turan" (Tovuz) komandalarının avrokuboklarda iştirakı təsdiqlənib. Sport24.az-ın əldə etdiyi məlumata görə, hər iki kluba lisenziya verilib

 

Hər iki kollektiv Çempionlar Liqasında mübarizə aparacaq.

 

Qeyd edək ki, "Ordu" klubunun da avrokuboklarda iştirakı gözlənilir. Yaxın zamanda onların da məsələsində aydınlıq gələcək.