"Ferentsvaroş"un baş məşqçisi Balaş Borbeli "Qarabağ"a qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən matçdan sonra bunları deyib:

 

"Güclü rəqibə qarşı oynadıq. Futbolçular çox mübarizə apardılar, onların mentalitetindən məmnunam. Faydalı matç alındı. "Qarabağ" yüksək səviyyədə intensivlikdə oynadı. İlk 10 dəqiqə yaxşı çıxış etmədik. Lakin bundan sonra oyunu ələ aldıq və hesabı aça bildik. Həm müdafiədə, həm də hücumda pis təsir bağışlamadıq. Məşqlərdə çalışdıqlarımızı meydanda göstərə bildik".