"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi "Monako"dan Kassuma Outarra ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

21 yaşlı cinah müdafiəçisi transferini tamamlamaq üçün Türkiyəyə gəlib.

 

Kassuma ilə anlaşmanın detalları açıqlanmayıb.

 

Outarra karyerası ərzində 117 oyunda 3 qol vurub, 9 məhsuldar ötürmə edib. O, "Monako"dan əvvəl "Amyen"də forma geyinib.