"Everton" "Middlsbro"nun yarımmüdafiəçisi Hayden Hakneni transfer edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Liverpul təmsilçisi transfer məbləğini açıqlamayıb. "Sky Sports"un məlumatına görə, "Everton" 24 yaşlı yarımmüdafiəçi üçün bütün bonuslar da daxil olmaqla təxminən 24 milyon funt sterlinq ödəyib. Hayden 2031-ci ilin iyununa qədər müqavilə imzalayıb.

 

Qeyd edək ki, Haknen "Middlsbro"nun yeirməsidir. Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.