"Qəbələ" Səlahət Ağayevlə müqavilə müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Təcrübəli qapıçı daha 1 il bölgə təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Səlahət Ağayev "Qəbələ"nin heyətində ümumilikdə 87 oyun keçirib. O, 2022-2023, 2024-2025 və 2025-2026-cı illər mövsümündə "Qəbələ"də olub. Qolkiper Azərbaycan milli komandasının heyətində 22 oyunda meydana çıxıb.